Ələkbərov Səxavət Cəfər oğlu 05 aprel 1987-ci ildə Naxçıvan MR Babək şəhər Nehrəm qəsəbəsində anadan olmuşdur. 2009- cu ildə Odlar Yurdu Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra hərbi xidmətə getmişdir.
2011-2013 – cü illərdə “Azairtechservice” QSC-də mühasib köməkçisi, daha sonra mühasib olaraq çalışmışdır.
2014-2016-cı illər ərzində Naxçıvanda yerləşən “Bərəkət Qida Ət Məhsulları Kombinatında” mühasib vəzifəsində çalışmışdır.
2017-ci ildən isə “Sulaco” MMC mühəndislik şirkətində və “Consilio” MMC təmir-tikinti şirkətlərində mühasib vəzifəsində çalışmaqdadır.
2021-ci ildə “ACCFIN GROUP” Maliyyə və Mühasibatlıq Bürosunun təşkil etdiyi 5 aylıq Peşəkar Mühasibatlıq təlimində uğurla iştirak etmişdir.