STARTUP XİDMƏTİ

Yeni yaradılan şirkətlərin düzgün və dayanıqlı fəaliyyətə başlaması üçün ilkin mərhələdə maliyyə və mühasibatlıq sisteminin peşəkar şəkildə qurulması böyük əhəmiyyət daşıyır.
“ACCFIN GROUP” MMC olaraq startap və yeni fəaliyyətə başlayan müəssisələrə maliyyə, vergi və hüquqi istiqamətlərdə kompleks dəstək təqdim edirik.


Maliyyə və vergi uçotunun qurulması

Şirkətinizin maliyyə və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasını təmin edirik.
Uçot sisteminin yoxlanılması, optimallaşdırılması və fəaliyyətə düzgün başlanması üçün zəruri bütün addımlar tərəfimizdən həyata keçirilir.


Maliyyə planlaşdırılması və vergi yükünün proqnozlaşdırılması

Müəssisənin fəaliyyət prosesində yaranacaq xərclərin və vergi öhdəliklərinin əvvəlcədən hesablanması, büdcə planlaşdırılması və maliyyə risklərinin minimuma endirilməsi istiqamətində peşəkar məsləhət və analitik dəstək təqdim edirik.


Uçot sisteminin monitorinqi və optimallaşdırılması

Mühasibat uçotunun kritik parametrlərinin mütəmadi monitorinqi, proqram təminatında müvafiq parametrlərin tənzimlənməsi və uçot strategiyasının effektiv işləməsinə nəzarət həyata keçirilir.
Bu yanaşma gələcəkdə yarana biləcək maliyyə və vergi problemlərinin qarşısını almağa kömək edir.


Şirkətin qeydiyyatı və hüquqi dəstək

Şirkət qeydiyyatı prosesini bizə həvalə etməklə siz həm vaxtınıza, həm də maliyyə resurslarınıza qənaət etmiş olursunuz.
Eyni zamanda sənədlərin düzgün hazırlanması sayəsində qeydiyyat zamanı imtina riskləri minimuma endirilir.


Təklif etdiyimiz xidmətlər

– Şirkətin dövlət qeydiyyatı (nizamnamə, qərar, ərizə və digər sənədlərin hazırlanması, ASAN imza qeydiyyatı, möhür hazırlanması)

– VÖEN əsasında çalışan işçilərin qeydiyyata alınması

– Müxtəlif növ müqavilələrin hazırlanması

– Fiziki şəxslərin vergi uçotuna alınması

– Hüquqi sənədlərdə dəyişikliklərin edilməsi

– Müəssisələrin ləğvi prosesinin təşkili


ACCFIN GROUP olaraq məqsədimiz yeni yaradılan bizneslərin fəaliyyətə düzgün başlanmasına, maliyyə və hüquqi risklərin minimuma endirilməsinə və davamlı inkişafına peşəkar dəstək göstərməkdir.