Elşad Ağahəsənov
“ACCFIN GROUP” Maliyyə və Mühasibatlıq Bürosunun təsisçisi və baş direktorudur.
18 ildən artıq peşəkar fəaliyyəti dövründə 100-dən çox müəssisəyə mühasibatlıq, vergi və idarəetmə proqramları sahəsində xidmət göstərmişdir. IFRS, IAS və Vergi Məcəlləsi əsasında uçotun qurulması və hesabatlılığın təmin olunması onun əsas prioritetidir.
Eləcə də, bir çox müəssisə və təşkilatkara korporativ təlimlər verməklə “Peşəkar Mühasib Təlimi” proqramı çərçivəsində 1000-ə yaxın mühasibin inkişafına dəstək olmuşdur.
Famil Rəhmətov
“ACCFIN GROUP” Maliyyə və Mühasibatlıq Bürosunun həm təsisçisi və maliyyə direktorudur.
10 illik maliyyə-mühasibatlıq və təlimçi təcrübəsinə malikdir. İstehsalat, xidmət və ticarət müəssisələrində uçotun bərpası, yenidən təşkili, idarəetmə modellərinin qurulması, mühasibatlıq kargüzarlığının aparılması, vergi hesabatlarının hazırlanması, proqram təminatları üçün texniki tapşırıqların yazılması və maliyyə təhlili və analitikası sahələrində geniş nəzəri və praktiki biliklərə sahibdir. Hazırda 30 nəfərlik heyətlə birgə 50-yə yaxın müəssisənin maliyyə fəaliyyətinə nəzarət edir.