Haqqımızda

2019-cu ilin may ayında Elşad Ağahəsənov tərəfindən təsis olunan “ACCFIN GROUP” MMC “Maliyyə və Mühasibatlıq Bürosu” ölkə iqtisadiyyatının sahibkarlıq sferasında hesabatlılıq səviyyəsinin artırılması, mühasibatlıq problemlərinin həllərinin tapılması, uçot mexanizmlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin istehsalat, ticarət və xidmət sahəsində 17 ildən artıq yüksək peşəkar təcrübəyə malik komandadan ibarətdir.
Müştərilərimizə keyfiyyətli xidmət göstərilməsi üçün ən son yeniliklərdən, ən müasir tələblərə uyğunlaşdırılmış proqram təminatlarından və texnoloji avadanlıqlardan istifadə olunur. Şirkətimizin rəhbərliyi mütəxəssislərin fəaliyyətini davamlı olaraq izləyir və onlara işin təşkili üçün bilik və bacarıqlarını artırmaqda köməklik göstərir.

Missiyamız

Azərbaycan iqtisadiyyatının bünövrəsi olan sahibkarlıq subyektlərinin davamlılığının, dinamikasının qorunması üçün maliyyə və mühasibatlıq sahəsində yüksək keyfiyyətlərə malik xidmətlər təqdim etməkdir. Azərbaycanda biznes və maliyyə strukturunun beynəlxalq standartlara cavab verə bilməsi,beynəlxalq idarəetmə və uçot mexanizmlərinin qurulması, hesabatlılıq səviyyəsinin yüksəldilməsi üçün müasir həllər təkliflər etməkdir.

Vizyonumuz 

Beynəlxalq mühasibat uçotu standartlarının tətbiqini təşviq etmək və mühasibatlıq sferasında ölkənin aparıcı şirkətlərindən birinə çevrilmək.

“ACCFIN GROUP” maliyyə və mühasibatlıq bürosu.


DƏQİQ, ÇEVİK, ETİBARLI !

Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.
Sizə necə kömək edə bilərik?