Outsourcing Xidməti

Outsourcing Xidməti

Müəssissə və təşkilatların mühasibat uçotunun aparılması üçün nəzərdə tutulmuşdur. Bəllidir ki, yaxşı mühasib tapmaq və müvafiq şərait qurmaq baha başa gəlir. Biz bu xidmətimizlə sahibkarlara yardım və dəstək olmağı özümüzə prioritet, məqsəd kimi qoymuşuq. Fəaliyyət növündən asılı olmayaraq istənilən sahə üzrə uçotun təşkilini, hesabatlılığını və davamlılığını təmin edirik.

  • Bu xidmət sahibkara nə qazandırır?
  • Ofisdə Mühasib üçün otaq ayırma və mebel almaq ehtiyacı duymur.
  • İT xidmətinə ehtiyacı olmur.
  • Proqram təminatı almaq məcburiyyətində qalmır.
  • Dəftərxana xərcləri və printer dərdi olmur.
  • Mühasibatlıq məsuliyyətini hansısa bir fərd yox hüquqi şəxs daşıyır.
  • Öz biznesini davam və inkişaf etdirmək üçün nə zaman, nə də vəsait itirmir.
  • Mühasibatlıq üçün ödəməli olduğu əmək haqqından daha sərfəli ödənişlə uçotu təşkil olunur.
  • Faydamız nədir?
  • Uçotunuz illərin təcrübəsinə sahib peşəkarlara həvalə edilir.
  • Beynəlxalq Mühasibat Uçotu Standartlarında uçot quraraq opertiv şəkildə əməliyyatlar aparılır və bütün qanuni sənədləşmələr məqsədə uyğun qaydada tərtib olunur.
  • Aylıq zərruri hesabatlar (Balans, PVHH və VÖH) təqdim olunur.
  • Fəaliyyət nəticəsində yaranmış vergi öhdəliklərinin düzgün, dəqiq və problemsiz hesablanaraq ödənişlərini təmin edərək sahibkarın nahaq yerə artıq vergi ödəməsinin və aldadılmasınn qarşısını alırıq.
  • Vergi ödəyicilərinin uçotunun aparılması zamanı bütün əməliyyatları öz öhdəliyimizə götürürük.
  • Satınalma əməliyyatları – alış qaimə və aktları, idxal əməliyyatları
  • Xərclər smetası qururuq və nəzarət edirik.
  • Pul vəsaitlərinin hərəkəti üçün əməliyyatlar apararaq Pul Vəsaitlərinin Hərəkəti Haqında Hesabat təqdim edirik. Bank və kassa əməliyyatlarını və hərəkəti haqqında hesabatarı tərtib edirik.
  • Gəlirlərin formalaşması üçün zərruri əməliyyatları, habelə satış, e-qaimə və malların təhvil qəbul aktlarını tərtib edirik.
  • FİFO üzrə Anbar hesabatı, material hesabatı və malların maya dəyərlərinin hesablanması əməliyyatlarını icra edirik.
  • Müvafiq ciddi hesabat blanklarının tərtib olunmasını təmin edirik.
  • Konsiqnasiya əməliyyatları və onların hesabatlarını tərtib edirik.
  • İstehsalat resepturalarını yaradaraq kalkulyasiyalar qurub məhsulun maya dəyərini hesablayır, istehsalat hesabatı hazrlayırq.
  • Maliyyə vəziyyəti haqqında hesabatları hazırlayırıq.
  • Aylıq mənfəət/zərər haqqında hesabatları tam dəqiqliklə hazırlayırıq.
  • Bütün əməliyyatlar BMUS əsasən müxabirləşmələr və mühasibat yazılışları əsasında qurularaq aylıq Balans hazırlanır.
  • Müqavilələrin bağlanması da bizim öhdəliyimizdədir.
  • Kargüzarlıq apararaq aylıq bütün sənədləşmələr normativ qaydada papkalarda saxlanılır.,
Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.
Sizə necə kömək edə bilərik?