BPT (Biznes Prosesinin Təşkili) Xidməti
BPT xidməti – vergi ödəyiciləri, müəssisə və təşkilatların fəaliyyət növlərinin idarəetmə, mühasibat və maliyyə uçotunun təşkilində sıçrayış etməsi üçün üçün göstərilən kompleks xidmətdir. Bu xidmət sahibkara öz fəaliyyətinə, aktivlərinə və maliyyə vəziyyətinə daha dərindən nəzarət etməyə, xərcləri və gəlirləri planlaşdıraraq vergi öhdəliklərini optimallaşdırmağa, nəticədə isə biznesini genişləndirməyə imkan yaradır.
Xidmət 3 əsas moduldan ibarətdir:
1. İdarəetmə Modulu
• Müəssisənin fəaliyyət sahəsi, maddi-texniki bazası və insan resurslarına uyğun “Biznesin İdarə Olunma Modeli” hazırlanır.
• Müvafiq “İdarəetmə Mexanizmi” qurulur – bu sistem rəhbər şəxsə əlavə nəzarət imkanları, vaxt itkisini minimallaşdırma və əməliyyatların operativ icrasına nəzarət imkanı verir.
• Avtomatlaşdırılmış “Qeyri-Maliyyə Hesabatları” gündəlik, həftəlik və aylıq əsasda tərtib edilərək biznes proseslərinin dinamikliyini təmin edir.
2.Mühasibat Uçotu Modulu
• İdarəetmə uçotu əsasında yaranan məlumatlar mühasibat uçotuna inteqrasiya olunur.
• Bütün əməliyyatlar “Beynəlxalq Mühasibat Uçotu Standartları”na (IAS) uyğun şəkildə aparılır.
• Hesabatlar, sənədləşmə, müəssisə balansı və digər mühasibat qeydləri tam avtomatlaşdırılır – nəticədə daha rahat, şəffaf və qüsursuz mühasibat sistemi qurulur.
3.Maliyyə Uçotu Modulu
• Mühasibat uçotu tam formalaşdıqdan sonra “Maliyyə uçotu” qurulur.
• Aşağıdakı hesabatların aylıq əsasda tərtibi, davamlılığı, dinamikası və təkmilləşdirilməsi üçün mühit yaradılır:
• Maliyyə Nəticələri Haqqında Hesabat
• Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat
• Balans Hesabatı
• Kapitalda Dəyişikliklər Haqqında Hesabat
Xidmətin sonunda müəssisə, tam funksional maliyyə uçotu sisteminə malik olur və maliyyə rəhbərinə təhvil verilir. İstəyə əsasən aylıq müqavilə əsasında daimi konsultasiya xidməti də təqdim olunur.