Təklif Paketi

HAQQIMIZDA

          2019-cu ilin may ayında Elşad Ağahəsənov tərəfindən təsis olunan “ACCFIN GROUP”  “Maliyyə və Mühasibatlıq Bürosu” ölkə iqtisadiyyatının sahibkarlıq sferasında hesabatlılıq səviyyəsinin artırılması, mühasibatlıq problemlərinin həllərinin tapılması, uçot mexanizmlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin istehsalat, ticarət və xidmət sahəsində 19 ildən artıq yüksək peşəkar təcrübəyə malik komandadan ibarətdir.
Müştərilərimizə keyfiyyətli xidmət göstərilməsi üçün ən son yeniliklərdən, ən müasir tələblərə uyğunlaşdırılmış proqram təminatlarından və texnoloji avadanlıqlardan istifadə olunur. Şirkətimizin rəhbərliyi mütəxəssislərin fəaliyyətini davamlı olaraq izləyir və onlara işin təşkili üçün bilik və bacarıqlarını artırmaqda köməklik göstərir.

Şirkətimiz məxfilik, məsuliyyət , dəqiqlik və professionallıq iş prinsiplərinə əsaslanaraq müştəri məmnuniyyətini qazanmışdır. Müştərilərimizin maraqları, qarşılıqlı hörmət və görülən işə zəmanət şirkətimizin başlıca prioritetlərinə daxildir.

MƏLUMATLANDIRICI VİDEOLAR

Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.
Sizə necə kömək edə bilərik?