HÜQUQİ XİDMƏT
“ACCFIN GROUP” MMC olaraq sahibkarlara və təşkilatlara korporativ hüquq, kommersiya fəaliyyəti və məhkəmə mübahisələri üzrə kompleks hüquqi xidmətlər təqdim edirik.
Təcrübəli hüquqşünaslarımız biznes fəaliyyətinizin bütün mərhələlərində hüquqi dəstək göstərərək risklərin minimuma endirilməsini və hüquqlarınızın effektiv müdafiəsini təmin edir.
1.Korporativ hüquq
Şirkətlərin yaradılması, idarə olunması və fəaliyyətinin hüquqi tənzimlənməsi istiqamətində aşağıdakı xidmətləri təqdim edirik:
• Bütün növ hüquqi şəxslərin dövlət qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi və ayrılması proseslərinin həyata keçirilməsi
• Təsis sənədlərinə dəyişikliklərin edilməsi və müəssisələrin yenidən təşkili
• Sahibkar və direktor arasında yaranan mübahisələrin hüquqi tənzimlənməsi
• Səhmdar və iştirakçılara korporativ hüquq və vəzifələrinin izah edilməsi
• Korporativ münasibətlərin tənzimlənməsi üzrə hüquqi məsləhətlərin verilməsi
• Mülki-hüquqi müqavilələrin, əmək müqavilələrinin və onların əlavələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması
• Hüquqi ekspertiza və biznes layihələrinin hüquqi müşayiəti
• Sahibkarların hüquqlarının üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərindən müdafiəsi
• Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, eləcə də işgüzar nüfuzunun qorunması
• Problemli debitor borcların geri qaytarılması və borc öhdəliklərinin idarə olunması
• Kommersiya fəaliyyəti üzrə hüquqi məsləhətlərin verilməsi
• Banklar və digər kredit təşkilatları ilə yaranan mübahisələrin həlli
• Müəssisələr üçün hüquqi audit xidmətinin həyata keçirilməsi
2. İqtisadi mübahisələrin həlli və məhkəmələrdə nümayəndəlik
Müştərilərimizin hüquq və mənafelərinin qorunması məqsədilə məhkəmə və digər dövlət qurumlarında peşəkar hüquqi nümayəndəlik təmin edirik:
• Fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında maraqlarının müdafiə olunması
• İqtisadi fəaliyyət sahəsində yaranan cinayət və inzibati işlər üzrə hüquq və mənafelərin qorunması
• Müştərilərin nəzarət orqanları (daxili işlər orqanları, prokurorluq, vergi orqanları və digər dövlət qurumları) ilə münasibətlərində hüquqi dəstəyin göstərilməsi
ACCFIN GROUP olaraq məqsədimiz biznes fəaliyyətinizin hüquqi təhlükəsizliyini təmin etmək, riskləri minimuma endirmək və hüquqlarınızı peşəkar şəkildə qorumaqdır.