Əlişov Ülfət Əbülfət oğlu 29 mart 1986-cı ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olmuşdur. İlk ali təhsilini 2003-2007-ci illərdə “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.
2008-ci ildə Dövlət Sərhəd Xidmətində Çavuş kimi hərbi xidməti bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır və bir neçə müəssisədə fərqli vəzifələrdə çalışmışdır. 2012-ci ildən ölkənin bir neçə aparıcı banklarında, “Rabitəbank” ASC-də Müştəri Xidmətləri Departamentində aparıcı mütəxəssis, “Accessbank” QSC-də şöbə müdiri, Azərbaycan Beynəlxalq bankında Müştəri Xidmətləri Departamentində aparıcı mütəxəssis vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddət ərzində yüksək peşəkarlıq göstərmiş və dəfələrlə mükafatlarla təltif edilmişdir. 2019-cu ildən mühasibatlıq sahəsində çalışmağa başlamış və bu peşəylə bağlı olaraq qatıldığı bir çox təlimləri uğurla bitirmişdir.
Ülfət Əlişov hal-hazırda mühasibatlıq sahəsində əmək fəaliyyətini davam etdirir və “Partners Group” MMC-də direktor vəzifəsində çalışır.
sertifikat