haqqında

Əliyev Orxan Vidadi oğlu 16 iyun 1988 -ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. 2005-2009-ci illər arasında Azərbaycan Dövlət İqtisad Universitetində  ali təhsil almışdır. Daha sonra 2009-2010- cu illərdə Ankara Universitetində ali təhsilini artırmışdır.


2007-ci ildə Azərbaycan Bank Tədris Mərkəzini qırmızı diplomla bitirmişdir. 2011-2015-ci illərdə Azərbaycan Hava Yollarında, “Delta Group” MMC-də, “Sti Travel” MMC-də, “Galileo Azərbaycan”, “Amadeus” Bakı ofisində aviabiletlərin bronlaşdırılması üzrə beynəlxalq sistemlərin təlimlərində iştirak edib və müvafiq sertifikatlar əldə etmişdir . 22.08.21 və 31.01.2022-ci illər arasında “ACCFIN GROUP” MMC-də Peşəkar Mühasib Təlimi kursunda iştirak etmişdir.

İşlədiyi müəssisələr (hansı illərdə)

         2011-2015-ci illərdə müxtəlif turizm şirkətlərində AVİABİLET SATIŞI ÜZRƏ MENECER vəzifəsində çalışmışdır.

         2015-2017-ci illərdə “Qaya İnşaat” MMC-də direktor müavini və mühasib vəzifələrində çalışmışdır.

         2017-2019-cu illərdə “Yeni İnşaat” 2017 MMC-də direktor və mühasib vəzifələrində çalışmışdır.

         2018-2019-cu illərdə “Turka” MMC-də direktor və baş mühasib vəzifələrində çalışmışdır.

         2019-2020-ci illərdə “Air Travel” MMC-də satış direktoru vəzifəsində çalışmışdır.

         2021-ci ildən hazırkı vaxta qədər müxtəlif sahələrdə çalışırdı.