TƏLİM HAQQINDA
Proqram haqqında qısa məlumat:
Proqram 4 modul üzərində qurulub:
1–ci modul – şirkətin yaradılması, mühasibat uçotunun qurulması, ilkin sənədləşmə və cari mühasibat əməliyyatlarının aparılmasını əhatə edir. Siz bu modulda mühasibatlıqın mahiyyətini, necə tətbiq olunmasını və gündəlik aparılan praktiki əməliyyatları öyrənəcəksiz.
2–ci modul – Kadr əməliyyatları və əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə xərcləri daxil olmaqla) hesablanması, əmək haqqı, kadr işi ilə bağlı vergi, statistika, məşqulluq və digər daxili hesabatların hazırlanmasını əhatə edir.
3–cü modul – Vergilərin hesablanması, köçürülməsi, vergi kargüzarlıqı və hesabatların göndərilməsini əhatə edir. Siz bu modulda bütün növ vergiləri, onların necə hesablanamsı, hesabatların hazırlanamsı və vergi ilə bağlı sair elektron əməliyyatlar ilə tanış olacaqsız.
4–cü modul – Mühasibatlıqda müxabirləşmə əməliyyatları və 1c–də mühasibatlığın aparılmasını əhatə edir. Bu modulda gündəlik aparılmış əməliyyatların müxabirləşə yolu ilə uçota alınmasını və şirkətin balansının, mənfəət və zərər haqqında hesabatın hazırlanmasını, o cümlədən bütün bu əməliyyatların 1c proqramında qeyd edilməsini öyrənəcəksiz.