haqqında

Əzizov Əziz Abduli oğlu 9 mart 1995 – ci ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunda anadan olmuşdur. İlk ali təhsilini “Mühasibat uçotu və audit” ixtisası üzrə Gəncə Dövlət Universitetində almışdır. Daha sonra tam ali təhsil üçün İqtisad Universitetində “Xidmət sferası üzrə mühasibat uçotu və audit” ixtisası üzrə magistr təhsili almışdır. Mükəmməl bir şəkildə mühasibatlıq biliklərinə yiyələndikdən sonra “Dünya iqtisadiyyatı” ixtisası üzrə Qərbi Kaspi universitetində doktoranturaya qəbul edilmişdir və hal-hazırda-27 yaşda doktorantura təhsili üzrə müdafiəyə hazırlaşır.

 

2016-cı ildə Ədliyyə Nazirliyi Pentensiar xidmətin Mühafizə alayının Baş Çavuşu kimi hərbi xidməti bitirdikdən sonra peşəkar bir şəkildə əmək fəaliyyətinə başlamış və özəl müəssisələrin birində mühasib işləmiş, daxili audit fəaliyyətini həyata keçirmişdir. 2018-ci ildən isə Vergilər Nazirliyində xidmətə qəbul edilmişdir. İşlədiyi müddət ərzində yüksək peşəkarlıq göstərmiş, müxtəlif idarələrdə – Vergi Auditi İdarəsi, Operativ Vergi Nəzarəti İdarəsi, Vergi Öhdəliklərinin İcrasina Nəzarət İdarəsi və hal-hazirda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin Monitorinq və Sahə Nəzarəti şöbəsinin 3-cü dərəcəli müfəttişi rütbəsində, Dövlət Vergi Müfəttişi vəzifəsində xidmətini davam etdirir. Qeyd olunan idarələr vergi orqanlarının əsas struktur bölmələrindən sayılır.

Əzizov Əziz ümumilikdə 10 sayda tezis və elmi məqalə müəllifidir və müxtəlif elmi araşdırmaları ilə Respublika daxili və Beynəlxalq konfraslarda iştirak etmişdir.  Aşağıda bu məqalələrin və iştirakçısı olduğu bəzi tədbirlərin adları qeyd olunmuşdur:

1.      “Azərbaycanın Vergi Jurnalı” (AVJ) “Müasir dövrdə Vergi siyasətinin İnvestisiya Mühütinə təsiri” mövzusunda məqalə;

2.      Maliyyə Nazirliyinin “Maliyyə və Uçot” jurnalında “Birbaşa xarici investisiya mühitinin formalaşmasına təsir edən amillər” mövzusunda məqalə;

3.      Qərbi Kaspi Universitetinin təşkilatçı olduğu “Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş  multidissiplinar Respublika elmi-praktiki konfransında “Azərbaycanda İnvestisiya Mühitinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda elmi məruzə;

4.      Bakı Biznes Universitetinin təşkilatçısı olduğu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların Respublika elmi Konfransı”nda “Qlobal İqtisadi Çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafının əsas istiqamətləri” mövzusunda elmi məruzə;

5.      İsveç, Azərbaycan və Türkiyə Universitetlərinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransda “QARABAĞ-ZƏFƏRƏ GEDƏN YOL!” Mövzusunda elmi məruzə;

6.      Bakı Biznes Universitetinin “Audit” jurnalında “Xarici investisiyalar və onların iqtisadiyyatın inkişafında rolu” mövzusunda məqalə;

7.      “Rəqəmsal iqtisadiyyat: Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində” beynəlxalq elmi praktiki konfransda  “Maliyyə sistemində rəqəmsal ekosistemin inkişafı” mövzuda elmi məruzə;

8.      Kooperasiya universitetinin “Kooperasiya” elmi-praktiki jurnalında “Qlobal iqtisadiyyatda transmilli korporasiyaların rolu” mövzusunda məqalə;

9.      Сборник Статей По Материалам LXXX Международной Научно-Практической Конференции. Москва 2020. “Влияние “Covid-19″ На Зарубежные Инвестиции” ;

 

10.  “Инвестиционный потенциал территорий, освобожденных от оккупации” международный научно-практический журнал “Современная наука:актуальные проблемы теории и практики”,Азимут научных исследований: экономика и управление

sertifikat