Gömrük məcəlləsinin 22-ci maddəsinə
əsasən gömrük brokeri bu əməliyyatların həyata keçirilməsində iştirak edə bilər
Malların və nəqliyyat vasitələrinin
gömrük ərazisinə gətirilməsi,
Gömrük ərazisindən aparılması,
Və yaxud tranziti ilə əlaqədar olaraq
dolayı gömrük təmsilçiliyini həyata keçirilməsi.
Yəni bir xarici ölkə ərazisindən digər
xarici ölkə ərazisinə mal və ya nəqliyyat vasitələri aparılan zaman, 3-cü
ölkədən keçməklə həyata keçirilən prosesdir.
Gömrük brokləri öz fəaliyyətlərini
gömrük məcəlləsinə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ
hüquqi aktlara uyğun həyata keçirir
Gömrük brokeri və onun təmsil etdiyi
şəxs arasında müqavilə bağlandıqdan sonra, artıq gömrük brokeri öz işinə
başlayır. Gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin
bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır
Gömrük brokeri hüquqi şəxsdir və onun
təmsil etdiyi şəxslərlə arasındakı münasibətlər, razılaşmalar hər biri müqavilə
əsasında tənzimlənir.
Müstəqil olaraq hər bir şəxs gömrük
brokerinin xidmətlərindən imtina edə bilər.
Lakin belə olan halda gömrük
bəyannaməsinin hazırlanması ilə bağlı hər bir əməlliyyatlarda gömrük orqanının
vəzifəli şəxsləri bəyannaməçiyə yardım göstərməlidirlər.
Əlavə olaraq qeyd edək ki, müəssisələr
gömrük proseslerinin həyata keçirilməsi zamanı gömrük brokerinə ödəniş edilər.
Həmin bu ödənişi müəssisələr özlərinin xərci kimi hesab etsələrdə, lakin
alınmış malların maya dəyərinə broker xərcini daxil edə bilmirlər