PEŞƏKAR MÜHASİBATLIQ TƏLİMİ
Proqram haqqında qısa məlumat:
Proqram 4 modul üzərində qurulub:
1-ci modul “İdarəetmə uçotu” – Müddəti 3 həftə, 6 dərsdən ibarətdir. Biznesin idarəolunma modelləri əsasında idarəetmə mexanizmlərinin yardılması, hüquqi formalar və hesablama standartları tədris olunacaq. Ticarətin, xidmətin və istehsalatın idarə olunma modelləri və onların mahiyyəti ilə yaxından tanış olacaqsınız. İdarəetmə uçotunun əsas prinsipləri və funksiyaların praktiki təhlili və məzmunu izah ediləcək.
2-ci modul “Mühasibat uçotu” – Müddəti 15 həftə, 30 dərsdən ibarətdir. Mühasibat uçotunun prinsipləri, mahiyyəti və məqsədi dərindən öyəridiləcəkdir. Bu modulun tədrisində “Beynəlxalq Maliyyə Hesabatları Standartları”, “Beynəlxalq Mühasibat Uçotu Standartları” və “Mühasibat Uçotunun Beynəlxalq Standartlar Əsasında Aparılma Qaydaları” tam və düzgün şəkildə öz yerini tapacaqdır.
3-cü modul “Rəqəmsal Mühasibatlıq” – Müddəti 1 həftə, 2 dərsdən ibarətdir. Mühasibat uçotu və İdarəetmə uçotunun 1C 8.3 Mühasibatlıq proqram təminatı üzərində qurulması və təhlili aparılacaqdır.
4-cü modul “Elektron Kargüzarlıq və məcburi ödənişlərin hesabatı” – Müddəti 2 həftə, 4 dərsdən ibarətdir. Hər bir mühasibin təqdim etməli olduğu vergi və sosial ödənişlərlə bağlı hesabatlar həmçinin elektron sənəd dövrüyyəsi mütəşəkkil səviyyədə tədris ounacaqdır.