TƏLİM HAQQINDA

Proqram haqqında qısa məlumat:

Proqram 4 modul üzərində qurulub:

1ci modul şirkətin yaradılması, mühasibat uçotunun qurulması, ilkin sənədləşmə və cari mühasibat əməliyyatlarının aparılmasını əhatə edir. Siz bu modulda mühasibatlıqın mahiyyətini, necə tətbiq olunmasını və gündəlik aparılan praktiki əməliyyatları öyrənəcəksiz.

2ci modul Kadr əməliyyatları və əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə xərcləri daxil olmaqla) hesablanması, əmək haqqı, kadr işi ilə bağlı vergi, statistika, məşqulluq və digər daxili hesabatların hazırlanmasını əhatə edir.

3modul Vergilərin hesablanması, köçürülməsi, vergi kargüzarlıqı və hesabatların göndərilməsini əhatə edir. Siz bu modulda bütün növ vergiləri, onların necə hesablanamsı, hesabatların hazırlanamsı və vergi ilə bağlı sair elektron əməliyyatlar ilə tanış olacaqsız.

4cü modul Mühasibatlıqda müxabirləşmə əməliyyatları və 1cdə mühasibatlığın aparılmasını əhatə edir. Bu modulda gündəlik aparılmış əməliyyatların müxabirləşə yolu ilə uçota alınmasını və şirkətin balansının, mənfəət və zərər haqqında hesabatın hazırlanmasını, o cümlədən bütün bu əməliyyatların 1c proqramında qeyd edilməsini öyrənəcəksiz.