MƏCBURİ İCBARİ SIĞORTANIN vacibliyi

📌 Bu dəfəki mövzumuz işçilərin məcburi icbari sığortanın olmamasına görə tətbiq olunan cərimələr ilə bağlıdır.

📌 İnzibati Xətalar Məcəlləsinin 469.2 – ci maddəsinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş sahibkarlıq subyeklərində çalışan işçilərin bədbəxt hadisələrdən və çalışdığı müəssisədə öz peşəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması məcburidir.

🖇 Əgər sahibkarlıq subyektləri işçilərin icbari sığortasını vaxtında və ümumiyyətlə etməzsə, bunun müqabilində müəyyən məbləğ cərimə tətbiq edilir.

🖇 Fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə:
▶️ Fiziki şəxslər -Beş yüz manat məbləğində
▶️ Hüquqi şəxslər – Beş min manat məbləğində cərimə edilir.