📌 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı riskli vergi ödəyicisi və riskli əməliyyatların meyarları ilə bağlıdır .

📌 Bu qərarda elektron qaimə-faktura ilə bağlı qeyd olunmuşdur:

🖇 Riskli əməliyyatların meyarları 3.1.1
▶️ Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
🖇 Azərbaycan Respublikası Nazirlər Kabinetini həmin qərarının izahı:
▶️ Hüquqi və fiziki şəxslər malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura verirlər. Təqdim olunmuş elektron qaimə-fakturada qeyd edilən malların (işlərin, xidmətlərin) adları satış zamanı satılan müvafiq malların (işlərin, xidmətlərin) adları ilə uyğun olmalıdır.
📌 Hüquqi və fiziki şəxslər öz mal çeşidlərini təqdim edən zaman, alış zamanı qeyd olunan mal çeşidlərinin adları ilə uyğunsuzluq yaranarsa və bu uyğunsuzluq bir neçə dəfə təkrarlanarsa, artıq növbəti alış-satış əməliyyatları zamanı həmin şəxs öz mülkiyyətində olan malların sayını və hətta belə adlarını dəqiqliklə bilməkdə çətinlik çəkəcəkdir❗️
📌 Malların adlarının düzgün adlandırılmaması və ya mal çeşidlərinin rəsmi olmayaraq alınması, vergi ödəyicisinə sanksiya tətbiq olunmasına və riskli vergi ödəyicisinə çevrilməsinə səbəb ola bilər