Bu dəfəki mövzumuz vergilər məcəlləsinin 37-ci maddəsi ilə bağlıdır. Adı çəkilən maddə kameral vergi yoxlaması ilə bağlıdır.
Kameral vergi yoxlaması nədir![]()
Ölkəmizdə Vergilər Məcəlləsinə uyğun olaraq vergi yoxlamaları iki yolla həyata keçirilir. Kameral və Səyyar vergi yoxlaması. Kameral vergi yoxlaması vergi ödəyicisinin sənədləri və məlumatları əsasında vergi ödəyicilərinin yerlərinə getmədən yoxlamanın keçirilməsidir ![]()
Hər bir vergi ödəyicisi və onun vergi ilə bağlı məsələlərini aparan şəxs və ya şəxslər kameral vergi yoxlamasına diqqətlə yanaşmalıdır. Hətta bəzən vergi ödəyiciləri bu yoxlamaya əhəmiyyət vermir və son nəticə olaraq yüksək məbləğlərdə sanksiya cəriməsi ödəməli olurlar
Gəlin sadə bir misala baxaq: Hər hansı bir vergi ödəyicisinin 2020-ci ilin 1-ci rübü üzrə öhdəsinə düşən vergi məbləği – 1600 manatdır və bu məbləği ödəmişdir. Lakin həmin dövr üzrə vergi ödəyicisi müvafiq vergi orqanına verdiyi hesabatda qeyd edilən məbləğ ödənilən məbləğlə fərqlilik yaradır. Növbəti rüblərdə vergi ödəyicisi səhvliyi düzəltmək üçün vergiləri fərqli hesablayır. Lakin 1-ci rübdə hesablanan və ödənilən məbləğ arasında olan belə fərqlilik düzəlmədiyindən və artıq bu halın üst- üstə təkrarlanmasından sonra vergi ödəyici üçün vəziyyət acınacaqlı ola bilir.
Vergi ödəyiciləri ilk fəaliyyətə başlayan kimi həyata keçirdikləri əməliyyatların sayı çox olmadığından bu cürə səhvliklərə fikir vermirlər. Amma artıq dövr keçdikcə və vergi ödəyicisinin dövriyyəsi böyüyür və vergi ödəyicinin digər hesabatlarında da səhvliklər olur. Bu səbəblərdən ötrü vergi ödəyicisi göndərdiyi hesabatları, ödənilən vergi məbləğlərini və bu qəbildən olan hər bir hesabatlarına nəzarət etməlidir.