📌 Məcəllənin 58.7- ci maddəsi POS-terminalların quraşdırılması ilə bağlıdır. Bir sıra təsərrüfat subyekləri vardır ki, onların Pos-terminal quraşdırması məcburidir.

📍ƏDV ödəyicisi olan təsərrüfat subyekləri, idman və sağlamlıq subyekləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri və s. bu qəbildən olan hər bir vergi ödəyiciləri üçün Pos-terminal aparatlarının quraşdırılması məcburidir.

📌 Qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş təsərrüffat subyektləri Pos-terminalın qoşulmamasına görə
▶️ təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində.
▶️ təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
▶️ təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir ✅