haqqında
Məmmədov İlqar Baloğlan oğlu 11 aprel 1986-cı ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. 2004-cü ildə Sumqayıt şəhər 4 saylı tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Sumqayıt Dövlət Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsini İqtisadçı menecer ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir.
2007-2012 –cı illərdə “M&T” LTD firmasında istehsalat rəisinin müavini, 2012-2016 –cı illərdə “BİZNESSEKTOR” şirkətində satış meneceri, 2016-2018 – cı illərdə “SOLO SERVİS” MMC-də böyük anbardar, 2018-2021 –ci illərdə “TƏCHİZATÇI-3” MMC-də mühasib, 2021-2022 –ci illərdə “SAMSO” MMC-də direktor kimi çalışmışdır. 2022-ci ildən hazırki vaxtadək “MEQA PLASTİK” istehsal şirkətində Baş mühasib vəzifəsində çalışır.
İştirak etdiyi kurslar və seminarlar
2017-ci il “AZFIN GROUP” 3 aylıq Vergi və maliyyə üzrə təlimlərini müvəffəqiyyətlə bitirmişdir
2022-ci il “ACCFIN GROUP” MMC “Maliyyə və Mühasibatlıq Bürosu” 5 aylıq Peşəkar Mühasib Təlimində Elşad Ağahəsənov və Famil Rəhmətovdan peşəkar təlim almış və müvəffəqiyyətlə kursu bitirmişdir
sertifikat