haqqında

Qasımova Ləman Hafiz qızı  24 Oktyabr 1983– cü ildə Azərbaycan Respublikasının Füzuli şəhərində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Füzuli şəhərində Sərdarov adına 1 nömrəli orta məktəbdə başlamış, qalan hissəsini isə Bakı şəhəri Xətai rayonu 95 saylı orta məktəbdə uğurla başa vurmuşdur. İlk ali təhsilini “Marketinq ixtisası” üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində almışdır. 2005-ci ildə Bakalavr  təhsilini Fərqlənmə diplomu alaraq tamamlamışdır. Daha sonra 2007- ci ildə tam ali təhsil üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində “Marketinq ixtisası” üzrə magistr təhsili almışdır. 2009-cu ildə Magistr təhsilini uğurla bitirmişdir. 2005-ci ildə “Xəyal Holding” MMC şirkətində əvvəlcə operator sonra isə mühasib vəzifəsində çalışmışdır. Eyni zamanda paralel olaraq Tədris mərkəzlərində Microsoft Office proqramlarını tədris etmişdir. 2008-ci ildə “ANT İnşaat” MMC şirkətində mühasib vəzifəsində çalışmışdır. 2017-ci ildən “Safety Supply” MMC şirkətində mühasib vəzifəsində çalışır. Hal-hazırda fəaliyyətini davam etdirir. 

 

sertifikat