haqqında
Hüseynzadə Vüsal Ayyət oğlu 28 may 1995-ci ildə Azərbaycan Respublikasının Salyan rayonunun Yenikənd kəndində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi faktültəsinə Biznesin idarə edilməsi ixtisasi üzrə qəbul olmuş və 2017-ci ildə Bakalavr təhsilini tamamlamışdır. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin İqtisadiyyat və İdarəetmə fakültəsinə İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistraturaya qəbul olmuş və 2019-cu ildə magistr təhsilini tamamlamışdır. Xalq sığortada (06/2016-08/2016) təcrübə keçmiş və UNEC-də Elmi-pedaqoji təcrübəni (09/2018-11/2018) uğurla başa vurmuşdur. UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) təşkilatçılığı, ICLEL-in dəstəyi ilə keçirilən Magistrların I. Beynəlxalq Elmi Konfransında “Azərbaycan Respublikasında ixrac potensialından istifadənin stimullaşdırılması və hüquqi təminatı məsələləri” mövzusunda uğurlu çıxış etmiş və sertifikartla təltif edilmişdir. 2019-cu ildə Fusion Language Courses-da İngilis dili üzrə kurs keçmiş (09/2018-04/2019), Pre-intermediate və İntermediate levelləri üzrə sertifikart əldə etmişdir. 2021-2022-ci illərdə “ACCFİN GROUP” MMC-nin direktoru Elşad Ağahəsənovun keçirdiyi 5 aylıq Peşəkar Mühasib təlimində uğurla iştirak etmişdir. 17.06.2021-ci ildən etibarən “Qaraqaşlı Broyler” ASC-də mühasib vəzifəsi üzrə çalışmış, 03.10.2022-ci ildə öz istəyi ilə işdən ayrılmışdır.
sertifikat