haqqında

    Nəcəfov Əlimurad Hilal oğlu 14 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2017-ci ildə Bakı şəhəri 53 saylı tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. 2021-ci ildə Bakı Biznes Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Maliyyə” ixtisasını müvəffəqiyyətlə bitirmişdir.

   2021-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. 2022-ci ilin iyul ayında xidməti uğurla başa vurmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə komandirlər tərəfindən həvəsləndirmələrə və bir neçə Fəxri fərmana layiq görülmüşdür. Hərbi xidməti bitirdikdən sonra peşəkar bir şəkildə əmək fəaliyyətinə başlamış və özəl müəssisələrin birində mühasib işləmişdir. 2022-ci ildən hazırki vaxtadək “Sulaco” MMC və “Consilio” MMC inşaat şirkətlərində Mühasib vəzifəsində çalışır.

   İştirak etdiyi kurslar və seminarlar :

   2019-cu il “Atəşgah” Sığorta şirkəti tərəfindən keçirilmiş Təlim və Təcrübə proqramında Uğurlu iştirakına görə Fəxri fərmanla təltif olunmuş və müvəffəqiyyətlə bitirmişdir.

   2023-cü il “ACCFIN GROUP” MMC “Maliyyə və Mühasibatlıq Bürosunda” 5 aylıq Peşəkar Mühasib Təlimində Elşad Ağahəsənov və Famil Rəhmətovdan peşəkar təlim almışdır.

SERTİFİKAT