Daxili Audit Xidməti

ACCFIN GROUP olaraq, müəssisələrdə maliyyə və mühasibatlıq sistemlərinin şəffaflığını təmin etmək, daxili riskləri aşkar etmək və fəaliyyətin qanunvericiliyə uyğunluğunu qiymətləndirmək məqsədilə audit xidməti təqdim edirik.

Audit Xidmətimizin əsas istiqamətləri:

Daxili Audit
Müəssisə daxilində yaranmış problemlər, məsul şəxslər arasında baş verən anlaşılmazlıqlar, maxinasiya ehtimalları və potensial sanksiya riskləri araşdırılaraq müəyyən edilir. Təqdim olunmuş vergi və maliyyə hesabatları üzrə mühasibat uçotundakı çatışmazlıqlar aşkar olunur.

Təhvil-Təslim Proseslərinə Nəzarət
Baş mühasiblərin, maliyyə rəhbərlərinin və satış nümayəndələrinin məsuliyyətində olan sənəd və vəsaitlərin rəsmi şəkildə, bizim iştirakımızla təhvil-təslim prosesi həyata keçirilir.

Niyə Audit Vacibdir?

Hər bir sahibkarlıq subyekti üçün mühasibatlıq sisteminə nəzarət, biznesin davamlılığı və maliyyə sabitliyi baxımından həyati əhəmiyyət kəsb edir. Rəhbərliklə mühasibatlıq arasında şəffaflığın təmin olunması üçün müstəqil və obyektiv üçüncü tərəf – yəni ACCFIN GROUP tərəfindən auditin keçirilməsi zəruridir.