MƏSLƏHƏTÇİ XİDMƏTİ

Məlumdur ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət qeydiyyatından keçmiş hər bir müəssisə mühasibat uçotunu düzgün və şəffaf şəkildə aparmalıdır. Lakin qanunvericiliyin daim dəyişməsi və təkmilləşməsi, vergi və mühasibatlıqla bağlı çətinliklərin yaranmasına səbəb olur. Bu səbəbdən ACCFIN GROUP mütəxəssisləri mühasibatlıq və vergi məsələləri ilə bağlı sizə yüksək keyfiyyətli məsləhət xidmətlərini təklif edir:
 Vergi uçotu ilə bağlı məsləhətlər
• Mühasibat uçotu üzrə hüquqi və texniki məsləhətlər
• Kadr uçotu sahəsində əməli və normativ məsləhətlər
• Biznes proseslərinin təşkili və proqram təminatı ilə   bağlı məsləhətlər
Bu xidmətlər 15 ildən artıq təcrübəyə malik mütəxəssislər tərəfindən təqdim olunur və müəssisənizin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini, eyni zamanda mövcud risklərin minimuma endirilməsini təmin edir.

Hər bir sahibkarın maliyyə rəhbəri hər nə qədər bacarıqlı olsa da biznesini sığortalamaq üçün kənardan daimi dəstək almalıdır.