BİZ KİMİK?
“ACCFIN GROUP” MMC 2019-cu ilin may ayında təsis olunmuşdur. Fəaliyyətinə “Maliyyə və Mühasibatlıq Bürosu” kimi başlayan şirkət, ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində hesabatlılıq səviyyəsinin artırılması, mühasibatlıq problemlərinin həlli, uçot sistemlərinin təkmilləşdirilməsi və vergi qanunvericiliyinin düzgün tətbiqi istiqamətində xidmətlər göstərir.
Şirkət komandası istehsalat, ticarət, xidmət və tikinti sahələrində 18 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssislərdən ibarətdir. Mühasib köməkçiləri, mühasiblər, aparıcı mühasiblər, baş mühasib və maliyyə direktoru daxil olmaqla şirkətdə 40-dan artıq əməkdaş çalışır.
Müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə ən müasir proqram təminatları və texnoloji avadanlıqlardan istifadə olunur.
Missiyamız
Azərbaycan iqtisadiyyatının əsas dayaqlarından biri olan sahibkarlıq subyektlərinin inkişafına dəstək vermək, onların fəaliyyətində maliyyə və mühasibatlıq sistemlərinin səmərəli qurulmasını təmin etmək və bu sahədə peşəkar, etibarlı və yüksək keyfiyyətli xidmətlər təqdim etməkdir.
Eyni zamanda ölkədə biznes və maliyyə strukturunun beynəlxalq standartlara uyğun inkişafını təşviq etmək, beynəlxalq idarəetmə və mühasibat uçotu mexanizmlərinin tətbiqinə dəstək vermək və hesabatlılıq səviyyəsinin yüksəldilməsi üçün müasir həllər təqdim etmək əsas məqsədlərimizdəndir.
Vizyonumuz
Mühasibatlıq və maliyyə xidmətləri sahəsində beynəlxalq mühasibat uçotu standartlarının tətbiqini təşviq edən, innovativ həllər təqdim edən və ölkənin aparıcı peşəkar xidmət şirkətlərindən birinə çevrilən təşkilat olmaqdır.
“ACCFIN GROUP” maliyyə və mühasibatlıq bürosu.