MALİYYƏ NƏZARƏTİ
- 02 Noyabr 2021
- Posted by: accfin
- Category: Yeniliklər
Şərh edilməmiş
Təsərrüfat subyeklərində maliyyə nəzarəti bir sıra əsas nüansların yerinə yetirilməsinə xidmət edir:
– maliyyə vəsaitlərinə olan tələbatlar vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsinə kömək etmək;
– dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında təmin edilməsi;
– müəssisə və təşkilatların pul vəsaitlərindən səmərəli istifadə olunmasına, uçot və hesabat işlərinin düzgün aparılmasına kömək etmək;
– qüvvədə olan qanunvericilik və normativ aktlara riayət olunması, o cümlədən təşkilati – hüquqi formasından asılı olmayaraq müəssisələrin vergiyə cəlb olunması sahəsində nəzarəti həyata keçirmək;
– müəssisələrin xarici – iqtisadi fəaliyyətində yüksək faydalığa nail olunmasına köməklik etmək.





