HAQQINDA
Niftəliyev Nicat Nazim oğlu 19 mart 1994-cü ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində anadan olmuşdur. Orta təhsilini Mingəçevir şəhər 14 saylı orta məktəbdə başa vurmuşdur . 2011-ci ildə Mingəçevir Dövlət Universitetinə daxil olmuş və 2015-ci ildə eyni adlı universitetdə ali təhsilini tamamlamışdır. 2016-cı ildə “Rəşad MMC”-də “Mühasib” kimi işləməyə və daha sonra 2018-ci ildə “Nurgün Şirkətlər Qrupun”-da “Maliyyə meneceri və audit” kimi fəaliyyət göstərmişdir.
İşlədiyi müddətdə Mingəçevir Dövlət Universitetinin nəzdində – Kompüter Tədris Mərkəzi – Windows və Microsoft Office Proqramları üzrə,
İLBS kursunda – Mühasibatlıq, Maliyyə, 1 C üzrə, İKT LAB – Tətbiq və tədris Mərkəzində Data Analitika: Ms Excel & Power BI üzrə, “ACCFIN GROUP” (Accounting and Finance group) – Analitik uçot, Sintetik Uçot, İdarəetmə uçotu, Mühasibat uçotu, Elektron kargüzarlıq, Vergi Məcəlləsi və 1C Proqramı üzrə təlimlərdə iştirak etmiş və sertifikat əldə etmişdir.
Hazırda isə “SSM Group” MMC-də “Mühasib və Maliyyə meneceri” kimi fəaliyyət göstərir.