Bayramlı Fuad Faiq oğlu 26 yanvar 1997-ci ildə Azərbaycan Respublikasının Culfa Rayonunun Kirna kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan türk liseyində tamamlamışdır.
2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və 2018-ci ildə ali təhsilini tamamlamışdır. 2020-ci ildən “HJ Truck Company” MMC-də mühasib köməkçisi kimi işləməyə başlamışdır.
2020-ci il dekabr ayında “HJ Truck Company” MMC-dəki işindən ayrılaraq “Bona Dea İnternational Hospital” MMC-də mühasib vəzifəsində çalışmağa başladı.