haqqında
Mərdanova Oksana Rəşad qızı 1 sentyabr 1989-cu ildə Azərbaycan Respublikasının Qusar rayonunda anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə- Kredit “ fakültəsinə daxil olmuş və 2011- ci ildə bakalavr təhsilini bitirmişdir. 2012 – ci ildə magistr olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “ Maliyyə nəzarəti və Audit “ fakültəsinə daxil olmuş və 2015 – ci ildə magistr təhsilini tamamlamışdır. 2013 – ci ildə “İrəli İqtisad Mərkəzi”- nin Maliyyə planlaşdırılması təlimində iştirak etmişdir.
2013- ci ildən “Prolink Caspian” MMC şirkətində kiçik mühasib kimi işləməyə başlamışdır. 2014-ci ildən -2015-ci ilə kimi həmin şirkətdə mühasib kimi çalışmışdır. 2015-ci ildə “Prolink Caspian” MMC şirkətindəki işindən ayrılmış və “Providense Doyç” MMC şirkətində mühasib kimi fəaliyyətini davam etdirmişdir. 2017-ci ildə “Providense Doyç” MMC şirkətindən ayrılmış və “Providence Doytch AG” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində böyük mühasib kimi çalışmağa başlamışdır. İşlədiyi müddətdə Headstart İnternational Təhsil Mərkəzində “ACCA F3” təlimində və Barattson Təhsil Mərkəzində “Vergi “ təlimində istirak etmişdir.
2020-ci ildə “Providence Doytch AG” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən ayrılmış və Vergi mühasibi kimi “Caspian Business Consultants” şirkətində çalışmışdır və 2020 – ci ilin İyun ayında işlədiyi yerdən ayrılmışdır.
2020 – ci ildə “ACCFIN GROUP” Maliyyə və Mühasibatlıq bürosunun təşkil etdiyi Peşəkar Mühasib Təlimində iştirak etmişdir.
sertifikat