Haqqında

Ağayeva Qənirə Xosaxan qızı 20 aprel 1984 cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.  

Əmək fəaliyyətinə 2003-ci ildə  “Babək-İnşaat“ MMC-də kadrlar şöbəsi üzrə mütəxəssis vəzifəsi ilə başlamış və həmin cəmiyyətdə şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir.

Fəaliyyətini  2006-2008 – ci il dövrü üzrə “Kapital bank” ASC – də bir müddət  kadrlar şöbəsinin mütəxəssisi,daha sonra isə hesablaşmalar söbəsinin əməliyatçısı kimi davam etdirmişdir. 2008-2013-cü illər ərzində “Zamin bank” ASC-də çalışdığı müddət boyunca Əməliyyat şöbəsinin baş iqtisadçısı, Beynəlxalq Hesablaşmalar Şöbəsinin platik kartlar üzrə mütəxəssisi və Beynəlxalq Hesablaşmalar Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.  İşlədiyi müddət ərzində göstərdiyi yüksək əzmkarlıq,daim kamilliyə can atması və unsiyyətcil olması ilə əlaqədar cəlb etdiyi müştəri kütləsinə görə bankın rentabelliliyinin davamlı olaraq təkmilləşməsi prosesində iştirak etmiş və “ilin işçisi” nominasiyasına layiq görülmüşdür.

2016-cı ildən etibarən Qeyri Bank Kredit Təşkilati “Union Kredit” MMC, “Çinar Park”QSC, “Aqrar Fresh Group”MMC kimi ayrı-ayrı iqtisadi sahələr üzrə fəaliyyət göstərən  şirkətlərdə baş mühasib vəzifəsində çalışmışdır.

sertifikat