NAĞDSIZ ÖDƏNİŞLƏRDƏ YENİLİKLƏR

Nağdsız ödənişlərdə hansı yeniliklər var? 🤔

 

Bildiyimiz kimi Vergi Məcəlləsinin bir sıra maddələrində 2022- ci ildən dəyişiklik olmuşdur.

Məcəllənin 101.6-cı maddəsində nəzərdə tutulmuşdur. Artıq fiziki şəxslər tərəfindən “nağdsız hesablaşmalar haqqında” AR qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə etdikləri gəlirləri 5% dərəcə üzrə vergiyə cəlb ediləcəkdir. Vergi məcəlləsinə dəyişikliyə qədər həmin dərəcə 2% idi.

Həmin malları aşağıda qeyd etdik.

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanunun 📌 3.5 ci maddəsində verilmiş mallar
📌 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfat məhsulları
📌 3.5.2. əlvan və qara metal qırıntıları
📌 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları
📌 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlər
📌 3.5.5. xam dərinin tədarükü (alışı)