75 %- LİK GÜZƏŞTDƏN İSTİFADƏ

Vergilər məcəlləsinə edilən dəyişikliklərdən biri də mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan 75 %-lik güzəştlə bağlıdır .

102.1.30. maddədə qeyd olunmuşdur:

102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

Vergilər məcəlləsinə dəyişiklik edilməmişdən əvvəl müvafiq mikro sahibkarlıq subyektləri nəzərdə tutulan 75%-lik güzəştdən istifadə hüququna malik idilər.

Hal-hazırda isə gəlir və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekləri 75 %-lik güzəştdən istifadə edə bilərlər.

Misal: X MMC xaricdən alınan elektronik əşyaların alınıb-satılması ilə məşğuldur. 2022 ci il üzrə X MMC 45000 manat dəyərində satış həyata keçirmişdir. Lakin satılan malların alışına aid sənədlər təsdiqini tapmadığından, mikro sahibkarlıq subyekti olan X MMC 75%-lik güzəşt hüququndan istifadə edə bilməyəcəkdir