ƏDV -NİN GERİ QAYTARILMASI HAQQINDA
ƏDV-lər barədə yeni qanunda bizlərə nə deyilir?
Vergi Məcəlləsinə edilən dəyişikliklərdən biridə ƏDV-nin geri qaytarılması ilə bağlıdır . Bununla bağlı olaraq 165.5-ci maddəsində dəyişiklik edilmişdir.
İstehlakçılar tərəfindən artıq pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış ickilər, tütün məmulatları üçün ödənilən ƏDV-nin geri qaytarılması dayandırılır.
Məcəllənin bu maddəsinə dəyişiklik 1 yanvar 2022-ci ildən qüvvəyə deyil, 1 oktyabr 2022-ci ildən qüvvəyə minəcək.
Məsələn: 1 oktyabr 2022-ci il tarixindən siz əgər pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən yerlərdən (mağazalar, marketlər və.s) içki və tütün məmulatlarını aldıqdan sonra, həmin məhsulu almağa sərf etdiyiniz məbləğin ədvsinin 10 %-ni (nağdsız ödənişlərdə 15%) geri ala bilməyəcəksiniz.