haqqında

Abdullayev Anar Davud oğlu 29 mart 1990-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində Bakalavr  təhsili almışdır. 2012-2013 – cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Kəngərli Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində, 2014-2015-ci illərdə isə Naxçıvan Şəhər Bələdiyələri Assosasiyasında mühasib vəzifəsində çalışmışdır. 2015-2018-ci illər ərzində “CAHAN PEN” MMC-də müvafiq olaraq mühasib, baş mühasib, istehsalda keyfiyyətə nəzarət rəisi və sonda İcraçı Direktor vəzifələrində çalışmışdır. 2018-2021-ci illərdə “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunda müvafiq olaraq Görüş Yeri, Əyləncə Mərkəzi, Göl Kafe və s. müəssisələrdə direktor vəzifəsində, eyni zamanda Holdinqin Audit şöbəsinin auditoru vəzifəsində çalışmışdır. 2021-2022-ci illərdə “ACCFIN GROUP” MMC-nin direktoru Elşad Ağahəsənovun keçirdiyi 5 aylıq Peşəkar Mühasib təlimində uğurla iştirak etmişdir.  2021-ci ilin ikinci yarısından etibarən “TURKUAZ-555” MMC-də Maliyyə direktoru və Baş mühasib vəzifəsində çalışmaqdadır.

sertifikat