EZAMİYYƏ XƏRCLƏRİ İLƏ BAĞLI YENİ QƏRAR.

Vergilər məcəlləsinə edilmiş dəyişikliklərdən biri də ezamiyyə xərcləri ilə bağlıdı

Bir sıra hallarda müəssisələr işçilərini xidməti və ya başqa bir işi, tapşırığı yerinə yetirmək üçün bir yerə ezamiyyətə göndərir.

Bu zaman verilən işlərin yerinə yetirilməsi üçün müəyyən miqdarda məbləğ işçiyə verilir. İşçi ezamiyyətdən qayıdandan sonra işçinin ezamiyyət məbləği müəssisənin xərclərinə aid edilir. Lakin vergilər məcəlləsinin maddələrinə uyğun olmaqla bu xərcləri müəssisə öz gəlirlərindən çixa bilər.

Vergilər Məcəlləsi, Maddə 108.4

Azərbaycan Respublikasının ərazisində ezamiyyətlər üzrə ezamiyyət xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Maddənin izahı:

Fərz edək ki, müəssisə öz işçisini ezamiyyətə göndərir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra müəssisə işçinin mehmanxana xərcləri bağlı müvafiq təsdiqedici sənədləri əsaslandıra bilmir. Bu zaman ezamiyyət xərcləri müvafiq şəhər, rayon və ya kənd üzrə 1 günlük normanın 50 faizi qədərində tanınır, yəni gəlirdən çıxılır.

Əlavə olaraq bildirək ki, Respublika ərazisində ezamiyyət xərclərinin 1 günlük norması:
📌 BAKI – 90 AZN
📌 GƏNCƏ, SUMQAYIT, NAXÇIVAN -70 AZN
📌 DİGƏR ŞƏHƏR, RAYON, KƏND YERLƏRİ -65 AZN