haqqında
Rüstəmov Fəqan Mehman oğlu 1 May 1995 – ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsilini 2013 – 2017- ci illərdə İqtisadiyyat fakultəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində almışdır. 2020-ci il İyul hadisələri zamanı könülü olaraq MN-nin rəsmi saytından qeydiyyatdan keçərək, 2020-ci il Sentyabrın 21-i Səfərbərlik xidməti tərəfindən orduya cəlb olundu. Cəbhə boyu müxtəlif istiqamətlərdə (Murov, Tərtər, Kəlbəcər, Ağdərə) döyüşlərdə fəal iştirak edib. Bölük şəklində düşmənin çoxlu sayda hərbi texnikalarının, canlı qüvvələrinin məhv edilməsində, 4 ədəd yüksəkliyin alınmasında, 4 ədəd postun və bir ədəd düşmən mina atan batareyasının məhv edilməsində fəal iştirak edib. Vətən müharibəsi bitdikdən sonra HH komandiri tərəfindən döyüş fəaliyyətləri zamanı Cəsurluq və Əzmkarlıq göstərdiyinə görə Fəxri Fərman və medallar ilə təltif olundu. 2021-ci ildə təhsilini davam etdirmək üçün Dövlət İmtahan Mərkəzində Dövlət Qulluğu üzrə test imtahanından uğurla keçmiş və BB4 sertifikatına sahib olmuşdur. Kompüter biliklərini genişləndirmək üçün kurslarda iştirak etmiş, 2022-ci ildə “ACCFIN GROUP”-un Peşəkar Mühasib təlimində peşəkar müəllimlər tərəfindən dərin biliklərə yiyələnmişdir. Hal-hazırda “Foriella” şirkətində Mühasib olaraq çalışır.
sertifikat