GÖMRÜK BROKERİ HAQQINDA

Gömrük brokeri kimlərdir

Gömrük məcəlləsinin 22-ci maddəsinə əsasən gömrük brokeri bu əməliyyatların həyata keçirilməsində iştirak edə bilər

Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi,

Gömrük ərazisindən aparılması,

Və yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirilməsi.

Yəni bir xarici ölkə ərazisindən digər xarici ölkə ərazisinə mal və ya nəqliyyat vasitələri aparılan zaman, 3-cü ölkədən keçməklə həyata keçirilən prosesdir.

Gömrük brokləri öz fəaliyyətlərini gömrük məcəlləsinə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir

Gömrük brokeri və onun təmsil etdiyi şəxs arasında müqavilə bağlandıqdan sonra, artıq gömrük brokeri öz işinə başlayır. Gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır

Gömrük brokeri hüquqi şəxsdir və onun təmsil etdiyi şəxslərlə arasındakı münasibətlər, razılaşmalar hər biri müqavilə əsasında tənzimlənir.

Müstəqil olaraq hər bir şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər.

Lakin belə olan halda gömrük bəyannaməsinin hazırlanması ilə bağlı hər bir əməlliyyatlarda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə yardım göstərməlidirlər.

Əlavə olaraq qeyd edək ki, müəssisələr gömrük proseslerinin həyata keçirilməsi zamanı gömrük brokerinə ödəniş edilər. Həmin bu ödənişi müəssisələr özlərinin xərci kimi hesab etsələrdə, lakin alınmış malların maya dəyərinə broker xərcini daxil edə bilmirlər