İsgəndərov Fuad Fərhad oğlu 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2010-2014-cü illərdə Azərbaycan Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində Bakalavr təhsili almışdır. 05.2014-06.2014 tarixləri aralığında Bakı şəhər Vergi Departamenti, Vergi borcunun alınması üzrə idarədə praktikada olmuş və bu praktikanı uğurla başa vurmuşdur. 2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) Maliyyə, Sığorta işinin təşkili ixtisası üzrə Magistr təhsili almışdır. 2018-ci ildə özünün müəllifi olduğu “Xüsusi kapital və onun sığorta şirkətlərinin maliyyə sabitliyinə təsiri” adlı dissertasiya işini uğurla müdafiə edərək Maliyyə, Sığorta işinin təşkili ixtisasını Fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
İsgəndərov Fuad aşağıda qeyd olunan 2 elmi məqalənin müəllifidir:
- Magistrantların XVIII Respublika Elmi_konfrans materialları “Sığorta Şirkətlərinin Maliyyə Sabitliyi” mövzusunda elmi məqalə;
- Magistrantların XVIII Respublika Elmi_konfrans materialları “Sığorta təşkilatlarının maliyyə vəziyyətinə təsir göstərən amillər” mövzusunda elmi məqalə.
İsgəndərov Fuad uçot sahəsində nəzəri və praktiki biliklərə sahibdir. 04.04.2019-17.09.2021 tarixləri aralığında “AE UNİON” MMC-də aparıcı mühasib vəzifəsində, 23.09.2019-25.05.2021 tarixləri aralığında “COMPEL” MMC-də mühasib vəzifəsində çalışmışdır. 18.05.2022-ci ildən etibarən “HÜSEYNSOYLU CUSTOMS AND LOGİSTİCS” MMC-də aparıcı mühasib vəzifəsində, 30.11.2020-ci ildən etibarən “PROCOMP” şirkətində Maliyyə direktoru və Baş mühasib vəzifələrində çalışmaqdadır.
Əmək fəaliyyəti davam edən müddət ərzində işlədiyi müəssisələrdə və iştirak edib uğurla bitirdiyi Peşəkar Mühasib Təlimində istehsal, xidmət və ticarət müəssisələrinin uçotunun bərpası, yenidən təşkili, idarəetmə modellərinin qurulması, mühasibatlıq kargüzarlığının aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə təhlili və analitikası üzrə geniş nəzəri və praktiki biliklərə yiyələnmişdir. “ACCFIN GROUP” MMC-nin 5 aylıq Peşəkar Mühasib Təlimində Elşad Ağahəsənov və Famil Rəhmətovdan peşəkar təlim almış və bu təlimi müvəffəqiyyətlə bitirmişdir.
SERTİFİKAT