haqqında
İsmayılova Sevda Məmməd qızı 3 mart 1966- cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur.
1983-1984- cü illərdə Gürcüstan Respublikasinda Fabrikdə laborant vəzifəsində işləməyə başlamışdır. 1984-1986-cı illərdə Leninqrad şəhərində (Sankt Peterburq ş.) radioaparatura zavodunda kontrolyor vəzifəsində, 1986-cı ildə Leninqrad Politexnik İnstitutuna daxil olmuş və 1992-ci ildə “Radioinjiner” ixtisası ilə institutunu bitirmişdir. 1992-ci il və 1993-cü illərdə RF, Ufa şəhəri, Vergilər Departamentinin “Fiziki şəxslərin vergiyə cəlb edilməsi” şöbəsində dövlət vergi müfəttişi vəzifəsində, 1998-ci ildə ikinci ali təhsil olaraq Bakı Dövlət Universitetinə daxil olmuş və 2000-ci ildə “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası ilə institutu bitirmişdir.
1994-cü ildən 2018-ci il tarixədək Bakı şəhəri, Vergilər Nazirliyinin Audit idarəsində büdcədənkənar fond hesabına saxlanılan müfəttiş vəzifəsində, 2019-cu ildən 2020-ci ilədək “Proexpert Services” MMC-də müştərilərin məlumatlandırılması vəzifəsində, 2020-ci ildən hal-hazıradək “İSB Group” MMC-də mühasib vəzifəsində çalışır. (İşlədiyi müddətdə ” METM “, ” İATM ” və ” ACCFİN GROUP ” MMC , ” HR & Accounting Center ” təlimlərində iştirak etmişdir).
sertifikat