SANKSİYA MƏBLƏĞİNDƏ DƏYİŞİKLİK

Vergilər Məcəlləsinin maddələrindəki bir sıra dəyişikliklər vergi ödəyicisinin bu məcəllədə göstərilmiş maddələri pozmaqla əlaqədardır. Qeyd edəcəyimiz maddələrdən biri də maddə 57.3-dür.

Bu Məcəllənin 16.1.4-2 – ci , 16.1.6-cı, 23.1.2-ci, 23.1.2-1-ci maddələrində göstərilən sənədlər (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

16.1.4-2 – ci , 16.1.6 – cı maddələrində göstərilən sənədlər:

mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması .

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı.

Orta və iri sahibkarlıq subyektlərinin maliyyə hesabatlarını (Balans, Mənfəət və zərər, PVHH, KDHH, İzahlı qeydlər) .

23.1.2-ci, 23.1.2-1-ci maddələrində göstərilən sənədlər.

vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri.

vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həmin müqavilənin tələblərindən irəli gələn sənədlər və məlumatlar .

✅Qeyd edək ki, əvvəllər bu məbləğ 500 manat idi.