KREDİTOR VƏ DEBİTOR BORCLAR HAQQINDA MƏLUMAT FORMASI

❗️Növbəti mövzumuz kreditor və debitor borcları haqqında məlumat forması ilə bağlıdır.

📌 ƏDV qeydiyyatına alınmış (Sahibkarlıq meyarından aslı olmayaraq) vergi ödəyiciləri hər il üçün il bitdikdən sonra 31 marta qədər təqdim etdikləri (fəaliyyətinin dayandırıldığı, xitam verildiyi halda isə 30 gün müddətinə) mənfəət (gəlir) vergisi bəyannaməsi ilə birlikdə DVX tərəfindən müəyyən edilmiş forma üzrə debitor və kreditorlar barədə məlumat verməyə borcludurlar❗️

 

📌 Maddədə izahı:
Fərz edək ki, 2020 -ci ildə “X” MMC 12 aylıq ardıcıl dövriyyəsi 8-ci ayda artıq 200 000-i keçmişdir. Və ədv qeydiyyatına alınmış vergi ödəyicisi olmalıdır. “X”MMC 2021-ci ili 40 000 mənfəətlə başa vurur. Müvafiq olaraq 2022-ci ilin mart ayının 31-nə qədər mənfəət bəyannaməsini verməlidir. Lakin mənfəət bəyannaməsi ilə bərabər “X” MMC eyni gündə özünün kreditor və debitor borclar barədə məlumatı müvafiq vergi orqanına verməlidir. Həmin məlumatı vermədiyi təqdirdə 100 manat sanksiya cərimə tətbiq ediləcəkdir. Əgər özünün fəaliyyəti dövründə “X” MMC ədv ödəyici kimi deyil, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatda qalsaydı, müvafiq məlumatı vergi orqanına bildirmək məcburiyyətində deyildir📣
📣 Qeyd olaraq:
📌 Mikro və kiçik sahibkarlıq subyektləri: 2023-ci il 31 martadək müvafiq ilin bəyannaməsi ilə eyni gündə təqdim etməlidirlər.
Orta və iri sahibkarlıq subyektləri: 2022-ci il 31 martadək müvafiq ilin bəyannaməsi ilə eyni gündə təqdim etməlidirlər ✅