HAQQINDA

Ləman Vurğun qızı 1993-cü il fevralın 20-si Azərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşdur. Orta təhsilini Zəkalar liseyi və daha sonra Heydər Əliyev adına liseydə tamamlamışdır.  2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetin “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuş və 2014-cü il bakalavr təhsilini tamamlamışdır. 2017-ci ildə həmin universitetin “İstehsal sferasında idarəetmə uçotu və audit” ixtisasına daxil olmuş və 2019-cu ildə ali təhsilini tamamlamışdır. 2017-ci ildə “Unibank” ASC-da mühasib kimi təcrübə keçmiş, paralel olaraq “FAR Centre İqtisadi və Siyasi Araşdırmalar Mərkəzin” -də 2021-ci ilə kimi araşdırmaçı olaraq çalışmışdır. 2019-cu ildə Xəzər Universitetində mühasib kimi işləməyə başlamışdır. İşlədiyi müddətdə bir sıra təlimlərdə iştirak etmiş, “Mühasibatlıq kargüzarlığı” kursunda müvəffəqiyyətlə iştirak etmiş və 84% nəticə əldə etmişdir.

 2020-ci ildən Xəzər Universitetində baş mühasib vəzifəsində çalışır.

SERTİFİKAT