MƏCBURİ İCBARİ SIĞORTANIN vacibliyi
Bu dəfəki mövzumuz işçilərin məcburi icbari sığortanın olmamasına görə tətbiq olunan cərimələr ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinin 469.2 – ci maddəsinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş sahibkarlıq subyeklərində çalışan işçilərin bədbəxt hadisələrdən və çalışdığı müəssisədə öz peşəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması məcburidir.
Əgər sahibkarlıq subyektləri işçilərin icbari sığortasını vaxtında və ümumiyyətlə etməzsə, bunun müqabilində müəyyən məbləğ cərimə tətbiq edilir.