haqqında
Məmmədova Nigar Akim qızı 8 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhəri, 286 saylı tam orta məktəbi bitirmişdir. Bakalavr təhsilini 2011-2015-ci illərdə, Bakı Biznes Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə almış, 2015-2017-ci illərdə həmin universitetdə “Mühasibat uçotu” ixtisası üzrə magistratura təhsilini başa vurmuşdur. Magistratura təhsili müddətində Erasmus + proqramı çərçivəsində Çexiya Respublikasının Tomas Bata Universitetində təhsilini davam etdirmişdir. Hal-hazırda Bakı Biznes Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır və eyni zamanda həmin universitetin “Mühasibat uçotu və audit” kafedrasında müəllim işləyir. İxtisası üzrə ACCA Financial Accounting (FA) sertifikatı almışdır .
sertifikat