MƏNFƏƏT VƏ GƏLİR VERGİSİNİN HESABLANMASI
Bu dəfəki mövzumuz Mənfəət & Gəlir vergisi ilə bağlıdır. Qeyd edək ki, fəaliyyət göstərən sahibkarlıq subyeklərinin mənfəət və gəlir vergisinin hesablanması üçün ilk növbədə həmin sahibkarlıq subyekti müəyyən mənfəət və ya gəlir ilə işləməlidir.
Vergitutulan məbləğ vardır ki, hər hansı bir müəssisənin ölkə hüdudları daxilində və ölkə xaricindəki əldə olunan gəlirləri toplanılır və bu gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra qalan mənfəətdir. Lakin burada qeyd etdiyimiz gəlirlər qanunvericiliyə uyğun olaraq təsdiqlənməlidir. Gəlirlərlə birlikdə xərclər də vergi qanunvericiliyinə uyğun olaraq tanınmalı və gəlirlərdən çıxıla bilməlidir.
Gəlir vergisinin hesablanması:
Gəlir vergisinin hesablanması mənfəət vergisində olduğu kimi 20% dərəcə ilə tutulur. Bu zaman hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdən 20% dərəcə ilə vergi tutulur. (Vergilər məcəlləsi maddə 101.3)
Fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirləri isə 14% dərəcə ilə vergiyə cəlb olunur. (Vergilər məcəlləsi maddə 101.2)
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın 2021-ci il üzrə əldə etdiyi gəliri 50 000 AZN-dir. Həmin fərdi sahibkarın gəlirdən çıxılmasına icazə verilən xərcləri isə 15 000 AZN təşkil edir.
50 000 AZN – 15 000 AZN = 35 000 AZN gəlir.