MÜHASİBAT UÇOTU TƏLİMİ

Proqram haqqında qısa məlumat:

Proqram 4 modul üzərində qurulub:

1-ci modul – şirkətin yaradılması, mühasibat uçotunun
qurulması, ilkin sənədləşmə və cari mühasibat əməliyyatlarının aparılmasını əhatə
edir. Siz bu modulda mühasibatlıqın mahiyyətini, necə tətbiq olunmasını və gündəlik
aparılan praktiki əməliyyatları öyrənəcəksiz.

2-ci modul – Kadr əməliyyatları və əmək haqqının (məzuniyyət,
xəstəlik vərəqəsi, ezamiyyə xərcləri daxil olmaqla) hesablanması, əmək haqqı,
kadr işi ilə bağlı vergi, statistika, məşqulluq və digər daxili hesabatların
hazırlanmasını əhatə edir.

3-cü modul – Vergilərin hesablanması, köçürülməsi, vergi
kargüzarlıqı və hesabatların göndərilməsini əhatə edir. Siz bu modulda bütün
növ vergiləri, onların necə hesablanmasını, hesabatların hazırlanamsı və vergi
ilə bağlı sair elektron əməliyyatlar ilə tanış olacaqsız.

4-cü modul – Mühasibatlıqda müxabirləşmə əməliyyatları və
1c-də mühasibatlığın aparılmasını əhatə edir. Bu modulda gündəlik aparılmış əməliyyatların
müxabirləşə yolu ilə uçota alınmasını və şirkətin balansının, mənfəət və zərər
haqqında hesabatın hazırlanmasını, o cümlədən bütün bu əməliyyatların 1c
proqramında qeyd edilməsini öyrənəcəksiz.