haqqında
Rüstəmova Nərgiz Camal qızı 14 iyun 1966-cu ildə Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı “Gənc kooperator tədris ticarət Birliyi” Kooperativ texnikumna “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə daxil olmuş və 1989-cu ildə təhsilini tamamlamışdır. 1989-cu ildən başlayaraq bir çox müəssisə və təşkilatlarda mühasib və ya baş mühasib kimi çalışmışdır. 2003 –cü ildə “Nəqliyyat servis” MMC-də baş mühasib, 2005-ci “ANFEL” MMC də mühasib, 2008-ci ildə “Qulf Audit” MMC-də mütəxəssis, 2009-cu ildə “Tikişçi” MMC-də baş mühasib, 2010-cu ildə “Traditional Steel” MMC-də baş mühasib və 2010-2021 ci illərdə “TRUST SS” MMC də aparıcı mühasib kimi çalışmışdır. 2021-2022-ci illərində “ACCFIN GROUP” MMC-nin keçirdiyi 5 aylıq Peşəkar Mühasib təlimində iştirak etmişdir. Hazırda “AGROSTAR AZƏRBAYCAN” QSC-də aparıcı mühasib kimi çalışır.
sertifikat