
Hüquqi və fiziki şəxslər malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura verirlər. Təqdim olunmuş elektron qaimə-fakturada qeyd edilən malların (işlərin, xidmətlərin) adları satış zamanı satılan müvafiq malların (işlərin, xidmətlərin) adları ilə uyğun olmalıdır.

Hüquqi və fiziki şəxslər öz mal çeşidlərini təqdim edən zaman, alış zamanı qeyd olunan mal çeşidlərinin adları ilə uyğunsuzluq yaranarsa və bu uyğunsuzluq bir neçə dəfə təkrarlanarsa, artıq növbəti alış-satış əməliyyatları zamanı həmin şəxs öz mülkiyyətində olan malların sayını və hətta belə adlarını dəqiqliklə bilməkdə çətinlik çəkəcəkdir
