Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri🤔
📌 Vergilər məcəlləsinin 99-cu maddəsində qeyd olunmuşdur ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.
🖇️ Hər hansı bir fiziki şəxsin qeyri-sahibkarlıqdan gəlir əldə etməsinin yollarına misal olaraq, həmin fiziki şəxs öz əmlakını icarəyə verə və ya dividend, faiz gəlirlərindən, royaltilərdən müəyyən məbləğdə qazanc əldə edə bilər (Maddə 99).
📍Vergi qanunvericiliyində qeyd olunan maddələrin pozulmaması şərtiylə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etmələrinə heç bir məhdudiyyət qoyulmamışdır✅
📌 Misal üçün, qeyd edək ki, hər hansı bir fiziki şəxsin sahibi olduğu kiçik müəssisəsi var. Həmin müəssisənin fəaliyyəti müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarının alınması və daha sonra istehsalı ilə bağlıdır. Fiziki şəxsin bu kiçik müəssisəsindən başqa sahibi olduğu obyekti var. Həmin obyektin icarəyə verilməsi qərarı alınmışdır (1000 AZN dəyərində). Fiziki şəxsin 1000 AZN dəyərində olan icarədən gələn gəlirindən 14% dərəcə ilə vergi tutulur.
📌 Qeyd: Onun sahibkarlıq fəaliyyətindən tutulan vergiləri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərinə aid edilmir